Ümummilli liderimiz Heydər Əliyevin ömür kitabını vərəqlədikcə heyrətlənməyə bilmirəm. Onun Azərbaycan xalqı qarşısındakı xidmətləri danılmazdır.1969-cu ildə Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanda bütün sahələrdə bir dirçəliş başlandı. Mədəniyyət sahəsində, iqtisadiyyat sahəsində, elm sahəsində, təhsil sahəsində çox ciddi islahatlar keçirildi.Dahi rəhbər, uzaqgörən siyasətçi bilirdi ki, güclü dövlətin güclü ordusu olmalıdır. Və bundan ötrü milli hərbi kadrlara ehtiyacımız var. 1971-ci ildə Sovetlər birliyində 2 hərbi təmayüllü məktəb var idi. Naximov və Svarov adına hərbi təmayüllü məktəblər. Lakin bu məktəblər başqa ölkədə yerləşirdi və tədris rus dilində idi. Əlbəttə ki, bu səbəblərdən azərbaycanlıların da orada təhsil alması müəyyən çətinliklər törədirdi.Respublikaya rəhbər seçilməsindən cəmi 2 il sonra 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Daha sonra 1998-ci ildə onun sərəncamı ilə liseyin Naxçıvanda Heydər Əliyevin adını daşıyan filialı açılmışdı. Hərbi məktəbin Azərbaycanda açılması o zaman Sovet rəhbərliyinin məlum səbəblərdən ürəyincə deyildi. Lakin Heydər Əliyev bu maneələrində qarşısını aldı. Qətiyyətli rəhbərimiz özü Moskvaya gedərək məktəbin açılmasına nail oldu. Lakin Azərbaycanda əsaslı və planlı şəkildə ordu quruculuğu 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti olduğu dövrdən başlandı. Bir -birinin ardınca tarixi qərarlar verildi. Azərbaycan hərbi qüdrətinin gücləndirilməsi yolunda mühüm tədbirlər həyata keçirildi. Heyder Əliyevin 4 may 1994-cü il tarixində NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qoşulmaq haqqında imzaladığı sənədi də xüsusi olaraq qeyd etmək istərdim. NATO ilə əməkdaşlıq nəticəsində Azərbaycan ordusu çox güclənmişdi. Sülhməramlı qüvvələrin hazırlığı, kiber təhlükəsizliyi, hava məkanlarına nəzarət, şəxsi heyətin idarə olunması kimi sahələrdə mühüm islahatlar keçirildi.Vətənini sevən ona bütün varlığı ilə bağlı olan ulu öndər Heydər Əliyev 1998-ci il mayın 20-də fərman imzalayır. Bu fərmana əsasən Azərbaycan Xalq Cumhuriyyəti dövründə ilk əlahiddə kompusunun yaradıldığı gün iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilir.Müstəqilliyimizin ilk ən ağır, keşməkeşli illərində də bu sahəyə xüsusi diqqət ayırmış, geniş miqyaslı islahatlar keçirilməsinə nail olmuşdu. Onun rəhbərliyi altında Azərbaycan ordusu keyfiyyətcə yeniləndi. Az bir zamanda Azərbaycan ordusunda yeni qoşun növləri formalaşdı. Silahlı qüvvələr müasir hərbi texnikayla təchiz olunmsqla yanaşı möhkəm nizam intizamı olan yüksək döyüş ruhu olan bir orduya çevrildi. Milli ordumuzun yaradılması isə xalqımızın, vətənimizin azadlığı, müstəqilliyimizin qorunması yolunda atılan ən vacib addımlardan biri idi. Azərbaycan silahlı qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandan İlham Əliyev tərəfindən idarə olunan Azərbaycan ordusu bu gün yüksək döyüş hazırlığına malikdir. Orduda vətənpərvərlik hissi, vətənə məhəbbət hissi hökm sürür.2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu bir daha qətiyyətli vətənpərvərliyini bütün dünyaya sübut etdi. Qələbəmizə görə biz ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı olan İlham Əliyevə minnətdarıq. Ulu öndərimizin Azərbaycan xalqı üçün etdiklərini unutmayacaq və onun bizə göstərdiyi yolun layiqli davamçısı olacağıq.Bəsti Namazova,Xocalı rayonundan məcburi köçkün